Cahangir Həsənağa oğlu Zeynallı

Cahangir Zeynallı 1949-cu ildə Bakı şəhərində dünyaya gəlib.  Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1970-1975). Təhsilini başa vurduqdan sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb.

C.Zeynallı Türkiyənin Adana Universitetinin İncəsənət və Teatrşünaslıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan incəsənətinin təbliği ilə məşğul olub. 

Rejissor yaradıcılığı boyu 40-a yaxın sənədli və bədii filmin ərsəyə gəlməsində iştirak etmişdir. Onun 1989-cu ildə çəkdiyi “Əlaqə” bədii filmi milli kinomuzda azadlıq fəlsəfəsini və dövrün psixoloji mühitini əks etdirən ən uğurlu ekran işlərindən biri hesab olunur. 

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

2019-cu ilin Kino günündə, milli kinematoqrafiya qarşısındakı xidmətlərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən fəaliyyəti yüksək qiymətləndirilərək ittifaqın illik mükafatı ilə təltif edilib.

Filmoqrafiya

  • 1975 — Qəhrəmanların izi ilə (qısametrajlı sənədli film) – rejissor

  • 1977 — Dostların görüşü (II) (qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi

  • 1977 — Şəfa nöqtələri (qısametrajlı sənədli film) – rejissor

  • 1978 — Azərbaycan SSR (IV) (qısametrajlı sənədli film) – rejissor

  • 1978 — Sirk mənim həyatımdır (qısametrajlı sənədli film) – rejissor

  • 1979 — Dostların gözü ilə (qısametrajlı sənədli film) – rejissor

  • 1979 — Əbədi bahar kimi (qısametrajlı sənədli film) – rejissor

  • 1979 — Solmaz bir bahar kimi (qısametrajlı sənədli film) – rejissor

  • 1980 — Dostlar görüşəndə (qısametrajlı sənədli film) – rejissor

  • 1980 — Neft çağırır (qısametrajlı sənədli film) – rejissor

  • 1981 — Son söz (qısametrajlı sənədli film) – rejissor

  • 1982 — Gələcəyin qurucuları (qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi

  • 1982 — İstirahət gecəsi (qısametrajlı sənədli film) – rejissor

  • 1983 — Arzuya doğru (qısametrajlı sənədli film) – rejissor

  • 1983 — İlişdim (“Mozalan” bədii süjeti № 80) – rejissor

  • 1983 — Nə haqla? (“Mozalan” sənədli süjeti № 83) – rejissor

  • 1983 — Spartakiadanın startları (qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi

  • 1984 — Şeir mənim üçün bir kainatdır (qısametrajlı sənədli film) – rejissor

  • 1985 — Əbədi iz (qısametrajlı sənədli film) – rejissor

  • 1985 — Fikrət Əmirov (qısametrajlı sənədli film) – rejissor

  • 1985 — Səfillər (qısametrajlı sənədli film) – rejissor

  • 1986 — İntizar (II) (qısametrajlı sənədli film) – rejissor

  • 1986 —  Jonqlyor (“Mozalan” bədii süjeti № 107) – rejissor

  • 1986 — Özünü ifşa (“Mozalan” sənədli süjeti № 108) – rejissor

  • 1987 — Əbədiyyət yolu (qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi

  • 1987 — Həyat mübarizədir (qısametrajlı sənədli film) – rejissor

  • 1987 — Pərdə arxasında (“Mozalan” bədii süjeti № 117) – rejissor

  • 1987 — Söz gəncliyindir (qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi

  • 1987 — Sumqayıt (Sumqayıt yenidənqurma yolu ilə) (IV) (qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi

  • 1988 — İlk zirvələr (qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi

  • 1989 — Əlaqə (tammetrajlı bədii film) – rejissor

  • 1990 — 20 yanvar (tammetrajlı sənədli film) – rejissor

  • 1991 — Qobustan (II) (qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi

  • 1992 — Azərelektromaş (qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi

  • 1994 — Qaçqınlar (qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi

  • 1996 — Əsrin müqaviləsi (Əsrin kontraktı) (qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, operator

  • 1999 — Firəngiz Əlizadə. Lüsern-99 (qısametrajlı sənədli televiziya filmi) – rejissor

  • 2006 — Cəfər Cabbarlı (III) (qısametrajlı sənədli televiziya filmi) – rejissor

  • 2015 — Bəstəkar Firəngiz Əlizadə (qısametrajlı sənədli televiziya filmi) – rejissor

  • 2025 — Zəfər yolu – Ikinci Qarabağ müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunur